Londonda 50-dək etirazçı saxlanıldı

Londonda 50-dək etirazçı saxlanıldı
07:24 6 Noyabr 2016
68 Digər
Ölkə mətbuatı
A- A+

London polisi etiraz yürüşünün 47 iştirakçısını saxlanılıb.    

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Anonymous” haker hərəkatının minlərlə tərəfdarı Trafalqar meydanından parlament binasınadək yürüş edib. Qay Foks maskası geyinmiş etirazçılar müxtəlif şüarlar səsləndiriblər. Polis əməkdaşları yürüş boyu etirazçıları müşayiət ediblər.

 

Skotlend Yard 47 nəfərin saxlanıldığını bildirib. Onlardan 14-ü narkotiklərə görə, 3 nəfəri silah aşkarlanması ilə əlaqədar, 2 nəfəri isə maskanı çıxarmadığına görə saxlanılıblar.    


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258686

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR