"HDP-çilərin həbsi doğru qərardır"

"HDP-çilərin həbsi doğru qərardır"
10:22 6 Noyabr 2016
93 Dünya
Ölkə mətbuatı
A- A+

HDP həmsədrlərinin və bu partiyaya mənsub deputatların həbs edilməsi yerində verilmiş doğru qərardır. 

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
 
Baxçalı bildirib ki, bu həbslər heç kimi narahat etməməlidir:
 
"HDP-çilər, sanki, imtiyazlı, əlahiddə təbəqə kimi hərəkət edərək türk ədalətinə meydan oxuyurdular. Onlar çağırışlara məhəl qoymayaraq, məhkəmələrə getmədilər. Onların buna haqqı və səlahiyyəti yoxdur. Bu səbəbdən düşünürəm ki, onların həbs edilməsi yerində verilən doğru qərardır".
 
Xatırladaq ki, noyabrın 4-də Türkiyədə terrorla bağlı aparılan istintaq çərçivəsində Səlahəddin Dəmirdaş və Figen Yüksəkdağ başda olmaqla 11 HDP-çi millət vəkili həbs edilib.

Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR