Macarıstan Azərbaycana yeni texnologiyalar təklif edir

Macarıstan Azərbaycana yeni texnologiyalar təklif edir
11:12 6 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Macarıstan Azərbaycana nəqliyyatda elektron ödənişlər üçün yeni texnologiyaların, kənd təsərrüfatı, şəhər idarəetməsi, su təsərrüfatı və elektrik təchizatı sahələrində yeni elektron sistemlərin tətbiq olunmasını təklif edir.

Bu barədə Trend-ə müsahibəsində Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib.

Səfir qeyd edib ki, bu sahələrdə Macarıstan dünya səviyyəli texnologiya resurslarına malikdir.

Onun sözlərinə görə, müxtəlif sahələrdə, o cümlədən yüksək texnologiya sahəsində birgə müəssisələrin yaradılmasında hər iki ölkə maraqlıdır.

Səfir deyib: "Macar şirkətləri artıq Azərbaycanda bir sıra birgə layihələrin icrasına başlayıb. Ölkəmiz həm də Azərbaycanda əczaçılıq zavodunun yaradılması imkanını da nəzərdən keçirir".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR