Azərbaycanda siqaret ucuzlaşa bilər

Azərbaycanda siqaret ucuzlaşa bilər
11:24 6 Noyabr 2016
189 Digər
Ölkə mətbuatı
A- A+

“Tütün və tütün məmulatlarının reklamının tam qadağan olunması Azərbaycan istehsalı olan siqaretlərin ucuzlaşmasına səbəb ola bilər”.

 

Lent.az xəbər verir ki, bu sözləri Trend-ə “European Tobacco Baku” şirkətinin idarə heyətinin sədri Rüfət Quliyev deyib.

 

Onun sözlərinə görə, reklamın qadağan olunması əsasən yerli istehsalçıların satış həcminə mənfi təsir göstərəcək, çünki məşhur xarici şirkətlər yerli bazarda artıq kifayət qədər tanınır.

 

Qeyd edək ki, tütün və tütün məmulatlarının reklamının qadağan olunması barədə qanun layihəsi parlamentin plenar iclasında müzakirə olunacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258696

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR