MTN əməkdaşları brilyant alverçisini necə tora saldı? – CİNAYƏT İŞİNDƏN EPİZOD

MTN əməkdaşları brilyant alverçisini necə tora saldı? – CİNAYƏT İŞİNDƏN EPİZOD
12:04 6 Noyabr 2016
218 Digər
Ölkə mətbuatı
A- A+

 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşları barəsində açılmış cinayət işindən müxtəlif epizodlar yayımlanmağa davam edir.

 

Lent.az-ın həmin cinayət işinin ittiham aktına istinadən məlumatına görə,  bir başqa epizodda Akif Çovdarov, Akif Əliyev və Orxan Osmanov iş adamı Elçin Hacıyevin Türkiyədən Azərbaycana gətirdiyi 14 karatlıq brilyantı necə ələ keçirmək istədiyi, biznesmendən 80 min dolların necə alındığı əks olunub.

 

İstintaqa ifadə verən Elçin Hacıyev 2013-cü ilin fevral ayında Türkiyədən 14 karatlıq brilyant qaş gətirdiyini və  onu satmaq  istədiyini deyib: “2013-cü ilin yay aylarında dostum Tofiq Rəcəbov zəng elədi. Alıcı olduğunu və onları tanımadığını dedi. Qızılı satmaq üçün o  və əmim oğlu Əjdər Hacıyevlə birlikdə “Nizami” kinoteatrının yanına getdik. Guya brilyantı almaq istəyən iki nəfərlə görüşəndən dərhal sonra təxminən 15 nəfər şəxs bizi əhatəyə aldı.  Üçümüzü də məcburən MTN-nin binasına apardılar. Akif Çovdarovun rəhbərlik etdiyi idarənin əməkdaşları tərəfindən brilyant əlimdən alındı və maddi sübut kimi onlarda qalacağı bildirildi. Bizi azadlığa buraxmaq üçün 150 min dollar pul tələb elədilər. Özünü Rəşad kimi təqdim edən əməkdaş və 3-cü idarənin rəis müavini Akif Əliyev bazar söhbətləri elədilər. Axırda azadlığa çıxmamız üçün 80 min dollara razılaşdıq.  Mən pulu gətirmək üçün çıxdım. Əmim oğlu  Əjdər Hacıyev və dostum Tofiq Rəcəbov “girov” kimi MTN-də saxlanıldı. Maşınımı ucuz qiymətə satdım, dost-tanışdan pul götürdüm. 80 mini düzəltdim. Həmin pulu Akif Əliyevə verdim, brilyantı və “girov”dakı yaxınlarımı buraxdılar”.

 

İstintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Hacıyev Əjdər Cəmil oğlu da həmin ifadəni təsdiqləyib. O bildirib ki, həmin gün onlara iki nəfər yaxınlaşıb: “Onlardan biri bir qədər kök, digər isə bir qədər arıq adam idi. Kök adam bir az yaşlı idi. Təxminən 60-65 yaşı olardı,  Elçin onlara həm brilyant daşı, həm də həmin daşın sənədlərini göstərdi. Həmin şəxslər ikisi də brilyant daşa və sənədlərə baxandan sonra dedilər ki, pulunu sabah verəcəklər. Ona görə də Elçin daşı cibinə qoydu və həmin iki nəfər şəxs aralanıb getdilər. Onlar yenicə aralanmışdılar ki, 10-15 nəfər şəxs qəflətən yaxınlaşdı və onların arasında bir nəfər MTN-nin əməkdaşı olduğunu söyləyib bizi MTN-ə aparacaqlarını bildirdi. Danışmağa imkan vermədən bizim üçümüzü də MTN-ə gətirdilər. Maşına minən kimi sürücü qismində olan şəxs “o şeyi ver mənə” dedi. Dediyini anlamadım. Dedi ki, “nə satırsız, bax onu”. Dedim, vallah mən heç nə satmıram. MTN-ə çatdıq. Məni, Elçini və Tofiqi dəhlizdə divanda oturtdular. Başa düşdük ki, MTN-ə gəlməyimizin səbəbi Elçində olan brilyant daş imiş. Elçin MTN əməkdaşlarına həmin daşı qanuni yolla və sənədlər əsasında ölkəyə gətirdiyini desə də, heç kim ona qulaq asmırdı. Elçini başqa bir otağa apardılar. Tofiq və məni dəhlizdə ayrı-ayrı yerlərdə oturtdular. Dəhlizdə olanda yanımızda olan MTN işçiləri “siz bilirsiniz nə etmisiz, siz kontrabanda ilə məşğulsuz?!” deyirdilər. Elçini başqa bir otaqda təxminən bir saat sorğu-sual etdilər və sonra saat 15 radələrində onu buraxdılar. Elçin dindirmə otağından çıxanda rəngi qızarmışdı, aydın görünürdü ki, vəziyyəti yaxşı deyil, həyəcanlıdır. Sonra isə məni başqa bir otağa saldılar və qarşıma kamera qoydular ki, çəkəcəklər. Onlar Elçini tanıyıb-tanımadığımı soruşdular. Elçinin doğma əmisi oğlumu dedim. Düşdüyüm vəziyyətə görə şokda idim. Çünki heç vaxt belə halla və təzyiqlərlə rastlaşmamışdım. Elçin çıxıb gedəndə başa düşdük ki, onu pul gətirmək üçün buraxıblar. Saat təxminən 21 radələrində bəstəboy bir şəxs Tofiqi və məni buraxdı və dedi ki, azadsınız, gedə bilərsiniz”.

 

Əjdər Hacıyev deyir ki, MTN-dən azad olan kimi Elçinlə görüşdük: “MTN-nin həyətindən çöldə Elçinlə görüşdük. Elçin dedi ki, bizi buraxmağa və brilyant əşyanı onlardan geri almağına görə MTN işçilərinə 80 min dollar verib. Elçinin dediyinə görə, ondan əvvəl 150 min ABŞ dollar pul tələb ediblər, həmçinin həmin adamlar Elçinin Akif Çovdarovun işlədiyi idarənin işçiləri olublar. Elçində bu məbləğ olmadığı üçün onlarla danışıqlar apararaq 80 min dollara razılaşıblar. Elçin həmin pulun 20 minini dostundan almışdı. 45 min dollara “Mercedes GL” markalı avtomaşını satmışdı, 15 min dollar isə özü düzəltmişdi”.

 

Cinayət işi üzrə zamanı zərərçəkmiş şəxs qismində tanınmış Rəcəbov Tofiq Zəbulla oğlu da oxşar ifadə verib. İstintaq zamanı keçirilən tanınmalar zamanı Rəcəbov Tofiq Zəbulla oğlu onları MTN-ə gətirmiş əməkdaşları, həmçinin, onlara qarşı qanunsuz əməllərə yol vermiş Osmanov Orxan Hacısəfər oğlunu tanıyıb.

 

İstintaq zamanı keçirilmiş tanınma zamanı zərərçəkmiş şəxs Elçin Hacıyev onları MTN-ə gətirən, özünü “Rəşad” kimi təqdim edən və hədə-qorxu ilə 80 min dollarını almış şəxsin Akif Çovdarovun idarəsində rəis müavini olmuş Akif Əliyevi olduğunu bilib.

 

Tanınma zamanı Elçin Hacıyev  özünü “İsmayıl” ləqəbi ilə təqdim edən MTN-nin əməkdaşı olmuş Osmanov Orxan Hacısəfər oğlu olduğunu təsdiqləyib.

 

Təqsirləndirilən şəxslər Akif Əliyev üzləşmə zamanı bildirib ki, 2012-ci ildə Elçin Hacıyev və onun dostu Tofiq adlı şəxslərin tarixi-arxeloji sərvət olam əşyaların qaçaqmalçılığı ilə məşğul olmaları barədə məlumat daxil olub: “Bundan sonra məlumatla əlaqədar qeydiyyat aparıldı və siqnal yoxlanmasına başlanıldı. Bununla da bağlı Səbael rayon Məhkəməsindən müvafiq qərar alındı və biz də əməliyyat-texniki tədbirlərə başladıq. Siqnal yoxlanması zamanı məlum oldu ki, Elçin və Tofiqin qaçaqmalçılıqla ölkəyə gətirilən qiymətli daşı satmaq niyyətləri var. Bununla bağlı, Orxan Osmanovun rəhbərliyi ilə əməliyyat qrupu yaradıldı və onların yeri müəyyən olundu. Onlar saxlanılaraq idarəyə gətirildi. Həmin şəxsləri dindirdim. Məlum oldu ki, Elçin və Tofiqin qiymətli daşlar miras sertifikatlı olub. Bundan sonra onlar barəsində olan siqnal dayandırıldı. Məsələ ilə bağlı Akif Çovdarova məruzə elədim. Hər ikisini sərbəst buraxıldı”.

 

Akif Əliyev bildirir ki, qeyd edilən əməliyyat üzrə hər hansı pulun alınmasından xəbəri yoxdur: “Pulun alınması qeyri-mümkündür”.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

BŞBPİ: Milli Şuranın Bakıda keçirdiyi mitinqdə 1500-ə yaxın adam iştirak edib

23 Sentyabr 2017 17:12

Limon qabığının MÖCÜZƏVİ TƏSİRİ - Qaynadıb suyunu içsəniz...

23 Sentyabr 2017 17:08

Milli Şura Bakıda etiraz aksiyası keçirib

23 Sentyabr 2017 17:02

"Məni qaçırıb 6 gün təcavüz etdilər"

23 Sentyabr 2017 17:02

Elçin Hüseyinbəyli: “Üç-dörd qadını eyni zamanda...” – MÜSAHİBƏ

23 Sentyabr 2017 16:58

Akademik Milli Dram Teatrı mövsümü “Qarabağnamə” tamaşası ilə açıb

23 Sentyabr 2017 16:57

Dağıstan Şəkini SİLKƏLƏDİ

23 Sentyabr 2017 16:53

Bakıda Milli Şuranın mitinqi keçirilir

23 Sentyabr 2017 16:47

Alim Qasımov və Fərqanə Qasımova Nyu-Yorkda konsert proqramı ilə çıxış edəcəklər

23 Sentyabr 2017 16:42

Evdə saxlanması qadağan olunan 10 it cinsi

23 Sentyabr 2017 16:36

1 həftəyə 10 kiloqram arıqladan

23 Sentyabr 2017 16:35

“G7 bunu edə bilər, əgər...” - Rusiyaya TƏHDİD

23 Sentyabr 2017 16:33

Dağıstandakı zəlzələ Şəkidə hiss olunub

23 Sentyabr 2017 16:27

Azərbaycan içki idxalını 19% artırıb

23 Sentyabr 2017 16:27

"Sonunda ölüm də olsa, buna hazırıq" - Bərzani

23 Sentyabr 2017 16:24

Trampa verilən mətni oxumadı, istədiklərini dedi - Aləm bir-birinə DƏYDİ

23 Sentyabr 2017 16:23

Hindistan Arakanlı müsəlmanları ölkəyə buraxmadı

23 Sentyabr 2017 16:19

Din xadimindan qadınlarla bağlı ŞOK İFADƏLƏR

23 Sentyabr 2017 16:13

“Qarabağ”la oyunda nə baş verəcəyini görəcəyik” - "Roma"nın baş məşqçisi

23 Sentyabr 2017 16:09

Lunaparkda DƏHŞƏT - FOTO

23 Sentyabr 2017 16:08

Pambıq zavodunda yanğın olub

23 Sentyabr 2017 16:08

Bakıda ilk dəfə maneəli ekstremal “Mübarizlər” yarışı keçirilir

23 Sentyabr 2017 16:04

Tanımadığı şəxslərin yataq otağına girib elə görüntülər çəkdi ki...

23 Sentyabr 2017 15:59

"Barselona"nın 20 yaşlı futbolçuya verdiyi maaş - ŞOK RƏQƏM

23 Sentyabr 2017 15:57

Bakıda Milli Şuranın mitinqi başlayıb

23 Sentyabr 2017 15:49

Aydın Mirzəzadə: “Mingəçevir Dövlət Universitetinin hicab qadağası doğru deyil"

23 Sentyabr 2017 15:47

Missiya.az xəbər saytının fəaliyyətinin 1 ili tamam olur

23 Sentyabr 2017 15:47

Cənnətdə evlilik olacaqmı? - Nihat Hatipoğlunun CAVABI - VİDEO

23 Sentyabr 2017 15:43

Hərbçini güllələyib su kanalına atdılar

23 Sentyabr 2017 15:43

Rusiyanın maliyyə naziri: "Hökumətin iqtisadi siyasəti özünü doğruldur"

23 Sentyabr 2017 15:42

Layiqli kişi tapmadı, özüylə evləndi

23 Sentyabr 2017 15:34

Şimali Koreyaya daha bir zərbə

23 Sentyabr 2017 15:33

Qusarda iki nəfəri qəsdən maşınla vuran şəxsin apellyasiya şikayəti təmin edilməyib

23 Sentyabr 2017 15:32

Milli Şuranın mitinqində bayraq mübahisəsi

23 Sentyabr 2017 15:23

Peyğəmbərin xanımı ilə bağlı AĞLAGƏLMƏZ ADDIM - Xristian alimlər BUNU DA ETDİ

23 Sentyabr 2017 15:23

Gürcüstandan Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanıldı

23 Sentyabr 2017 15:19

Elmar Məmmədyarov ATƏT-in Baş katibi ilə görüşüb

23 Sentyabr 2017 15:16

Vəhşicəsinə öldürülən 5 yaşlı Məhəmmədin görüntüləri yayıldı

23 Sentyabr 2017 15:08

İraq Kürdüstanı yox olacaq, ABŞ... - Yaxın Şərq üçün DƏHŞƏTLİ SSENARİ

23 Sentyabr 2017 15:03

Pərvin Abıyeva məşqçi sevgilisindən DANIŞDI: “Ay camaat...”

23 Sentyabr 2017 15:03

Azərbaycan elektrik enerjisi ixracını 4 dəfədən çox artırıb

23 Sentyabr 2017 15:02

İraq ərazisindən Türkiyəyə hücum olundu

23 Sentyabr 2017 15:02

DİQQƏT: Evinizi bu üsulla havalandırın

23 Sentyabr 2017 14:54

Qatılaşdırlımış südü evdə NECƏ HAZIRLAMAQ OLAR?

23 Sentyabr 2017 14:53

Bakıda 1,7 mlrd. manatı cinayət yolu ilə əldə edərək leqallaşdıran şəxslər məhkəməyə müraciət edib

23 Sentyabr 2017 14:47

Bərzanidən TƏXİR QƏRARI

23 Sentyabr 2017 14:43

Elgiz Əkbər öz işinin başına qaytarılacaq

23 Sentyabr 2017 14:42

Anti-Azərbaycan şəbəkəsinin izi hara aparır?

23 Sentyabr 2017 14:39

Azərbaycanlının dünya çempionunu belə öldürüdü - VİDEO

23 Sentyabr 2017 14:37

Bu şəxslər təhlükəsizlik kəməri taxmaya bilər

23 Sentyabr 2017 14:35