Prezidentdən hakimə sərt sözlər

Prezidentdən hakimə sərt sözlər
12:22 6 Noyabr 2016
95 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Superliqasının 10-cu turu "Beşiktaş"ın "Trabzonspor" üzərindəki qələbəsi (2:1) ilə əlamətdar oldu. Amma Trabzon cəbhəsi matçın baş hakimi Mete Kalkavanın idarəçiliyindən xeyli narazı qalıblar. Xüsusilə Kuareşmanın rəqib futbolçu Yusu Erdoğanın ayağına zərbə endirməsinə qırmızı vərəqə verilməməsi "bordo mavili" camiəni özündən çıxarıb. Goal.az xəbər verir ki, matçdan sonra klubun prezidenti Muharrem Ustanın sosial şəbəkədəki fikirləri də maraq doğurub.

"Milyonların ahını alaraq yaşayacaqsan, küçəyə çıxacaqasan. Övladlarına qoyduğun bu mirasla insanların üzünə necə baxacaqsan? Yusufa kobudluq edən meydanda qaldı. Madam ki, meydanda teatr göstəriləcək, "Yusufların" orada nə işi var? Bu işə kimsə "dur" deməlidir".

Muharrem Usta oyunsonrası canlı yayımda da eyni məzmunda sözlər deyib.

"Gözəl oyun oldu. Niyə bu gözəllikləri məhv edirik? Buranı arena kimi təsəvvür edin. Türkiyədə stadionlara bu ad qoyulsa da, razılaşımıram. "Arena" İspaniyanı bizə xatırladır. Burada matador hədəf seçdiyi öküzə işgəncələr verərək öldürür. Hədəfdə olan canlı da matadoru öldürə bilər. Bu oyunda "Trabzonspor" timsalında əzabla öldürülən canlını gördük. Türkiyədə belə hallara çox şahid olmuşuq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR