7 ay əvvəl evə basqın edən maskalılar danışdı (VİDEO)

7 ay əvvəl evə basqın edən maskalılar danışdı (VİDEO)
21:46 5 Yanvar 2015
186 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə isə araşdırmalar nəticəsini verib. 7 ay əvvəl törədilən quldurluq hadisəsinin üstü açılıb. Keçən ilin may ayında evə basqın edən şəxslər tutulub.

ANS TV-nin məlumatına görə, 7 ay bundan əvvəl oğurluq məqsədilə evə basqın etmiş maskalı şəxslər Şəki polisi tərəfindən saxlanılaraq istintaqa cəlb olunub. Onlar keçən ilin may ayında Şəki şəhər 20 yanvar küçəsi, ev 54, mənzil 2-yə Gülxar Ərəbovanın evinə qarət məqsədilə basqın etmişdi. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 24 yaşlı Kənani Pərviz Hafiz oğlu və 23 yaşlı Mirzəyev Ümid Rəhim oğlu şübhəli şəxs qismində saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin oğurluq və quldurluq maddələrilə ittiham olunur.

Müstəntiq Rüfət Mustafazadənin sözlərinə görə, 30 dekabr 2014-cü il tarixdə polis şöbəsinin keçirmiş uğurlu axtarış tədbirləri nəticəsində hadisənin törətmiş şəxslər müəyyən olunaraq maddi sübutla birlikdə saxlanılaraq istintaq orqanlarına təqdim edilmişdi.

İstintaq zamanı məlum olub ki, Pərviz Kənani tanışı Ümid Mirzəyevlə birlikdə əlcək və maska geyinərək Şəki sakini Gülxar Ərəbovanın evinə qarət məqsədilə daxil olublar. Onlar bıçaqla 74 yaşlı qadına müxtəlif xəsarətlər yetiriblər. Lakin arzuolunmaz qonaqlar gözləmədikləri halda evdə ikinci şəxsin olduğunu görüblər. Bundan sonra evi tərk etməyə məcbur olublar.

Saxlanılanlardan Ümid Mirzeyev törətdiyi əməldən peşmançılıq çəksə də, maraqlıdır digəri - artıq həbsxana həyatının dadını görmüş Pərviz Kənani heç də peşman olmadığını söylədi.

Pərviz Kənani törətdiyi digər bir cinayətə görə həbsxanaya düşüb. Bu dəfəki əməli yenidən onun azadlığını əlindən alacaq.

Hazırda cinayət işi ilə bağlı araşdırmalar davam edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR