Ronaldo müqaviləni uzadır

Ronaldo müqaviləni uzadır
12:47 6 Noyabr 2016
108 İdman
Ölkə mətbuatı
A- A+

“Real” hücumçusu Kriştiano Ronaldo ilə müqavilənin müddətini uzadır.


Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, tərəflər rəsmi sənədə gələn həftənin əvvəllərində imza atacaqlar. Yeni müqavilə 2021-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.


Bildirilir ki, tərəflər bütün məsələlərdə razılığa gəliblər. Son anda yalnız müqavilənin müddətində dəyişilik ola bilər. Yeni müqavilədə də Ronaldo “Real”da ən çox qazanan futbolçu olacaq.


Qeyd edək ki, hazırda portuqaliyalı futbolçu vergiləri çıxmaqla həftəyə 410 min avro qazanır.



Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ronaldo-muqavilni-uzadr-t53947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR