İraqda iki güclü partlayış - 17 ölü, 50 yaralı

İraqda iki güclü partlayış - 17 ölü, 50 yaralı
13:03 6 Noyabr 2016
118 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın Salah-əd-Din vilayətində iki güclü partlayış baş verib.

Publika.az-ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı xəbər yayıb.

Məlumata görə, partlayışlar zamanı 17 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Belə ki, ölkənin şimal-qərbində, paytaxtdan 140 kilometr məsafədə yerləşən Tiqritdə kamikadzenin özünü partlatması nəticəsində 9 nəfər həlak olub.

“Sinxua” agentliyinin məlumatına görə, isə partlayışlar zamanı 39 nəfər həyatını itirib. Hakimiyyət orqanları şəhərdə fövqəladə vəziyyət elan ediblər.

İkinci partlayış isə Bağdaddan 125 kilometr şimaldakı Samara şəhərində baş verib. Kamikadzenin özünü partlatması nəticəsində azı 2 nəfər ölüb.

Anar Tağıyev


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174933.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR