Qohumlarıgilə gələn qadın zəhərləndi

Qohumlarıgilə gələn qadın zəhərləndi
13:22 6 Noyabr 2016
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabulda 40 yaşlı qadın dəm qazından zəhərlənib.

APA-nın məlumatına görə, hadisə Hacıqabul şəhərinin M.Əliyev küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

Qohumlarının evinə gələn 1976-cı il təvəllüdlü Abbasova Reyhan Məhərrəm qızı vanna otağında olarkən dəm qazından zəhərlənib. R.Abbasova dəm qazından toksik zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/486793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR