Pakistanın Qadani şəhərində gəmi zavodundakı neft tankerində partlayış baş verib, ölənlərin sayı 26-ya çatıb, 60-a yaxın işçi yaralanıb. Bundan əvvəl gəmidə 18 nəfərin həlak olduğu bildirilmişdi.
Publika.az-ın məlumatına görə, hadisə ilə əlaqədar polisin yaydığı məlumatda deyilir ki, tankerdə bir-birinin ardınca səkkiz partlayış olub.
Qəza zamanı gəmidə təxminən 100 işçi olub, 30-dan çox adam itkin düşmüş sayılır. Onların arasında gəminin sahibi Abdul Qafur da var.
Hadisə ilə bağlı istintaq aparılır, polis bir neçə nəfəri saxlayıb.