ULDUZLAR BARIŞDI - Arda Turan qayıtdı

ULDUZLAR BARIŞDI - Arda Turan qayıtdı
15:38 6 Noyabr 2016
187 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyəni Avropada qürurla təmsil edən “Barselona”nın ulduz futbolçusu Arda Turan pərəstişkarlarını sevindirib.

Publika.az xəbər verir ki, o, İnstaqram hesabından Türkiyə milli komandasına qayıtdığını açıqlayıb. Sosial şəbəkədə milli komandanın şəklini yerləşdirən Arda bunları yazıb: “Hocamızla danışdıq, ölkəmiz üçün yenə birlikdəyik inşallah”.

Arda Turan AÇ-2016-da Türkiyə Futbol Direktoru Fatih Terimlə yaşanan münaqişə üzündən millinin son 4 oyununa çağırılmamışdı.

Ardadan başqa, Fatih Terim AÇ-2016-dan sonra millidən kənarda qalan Gökhan Gönül, Burak Yılmaz və Səlcuk Şahinə də dəvət göndərib.

Pərviz Hikmət

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR