İlham Mirzəyev həbsxanadan çıxdıqdan sonra ilk dəfə efirdə - fotolar

İlham Mirzəyev həbsxanadan çıxdıqdan sonra ilk dəfə efirdə -  fotolar
17:11 6 Noyabr 2016
580 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcı İlham Mirzəyev həbsxanadan çıxdıqdan sonra ilk dəfə efirdə qonaq olub.

Axşam.az-ın məlumatına görə, o, ATV-də yayımlanan "Geriyə baxanda" verilişində sualları cavablandırıb.

İ.Rzayev həbsdə olduğu ərəfədə dünyasını dəyişən tanınmışlardan söz açıb:

"Məni ən çox yandıran Zəlimxan Yaqubun vəfatı oldu. İstəyərdim həmin an onun yanında olum, mənə həmdəm olub. Bu günə kimi onun ailəsinə başsağlığı verə bilməmişəm. Dilim gəlmir bu sözü deyim. Xanım Qafarovanın, Habil Əlieyin rəhmətə getməyi məni çox sarsıtdı. Sonda isə mənim dostum İlhamə Quliyevanın vəfatına pis oldum. Elə xatirələrimiz var ki, onu heç onun yaxınları da bilmir. Həmişə bizim stolun başında oturub. Hələ də məzarına getməmişəm. Yenidən ayağa qalxıb, bu mühitə adaptasiya olmaq mənim üçün çətindir. Çox həssas bir insanam. Özümü hazırlayıram, adını sadaladıqlarım insanların məzarına gedib, ziyarət edəcəyəm".

Xatırladaq ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunmuşdu. Aparıcı bu ilin iyununda azadlığa çıxıb.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60600

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR