İsrail qazını TANAP vasitəsilə nəql etməyi düşünür

İsrail qazını TANAP vasitəsilə nəql etməyi düşünür
17:12 6 Noyabr 2016
72 Ölkə
Ölkə mətbuatı
A- A+

İsrail öz qazının Avropaya Transanadolu boru kəməri (TANAP) vasitəsilə nəql olunması barədə düşünür.

Bu sözləri Trend-ə İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.

Səfir bu variantın onlar üçün maraqlı olduğunu deyib.

D.Stav xatırladıb ki, ötən ay İsrailin energetika naziri Yuval Ştaynits Ankaraya səfəri zamanı İsrail qazının TANAP vasitəsilə nəql olunması məsələsini türkiyəli həmkarı Bərat Albayrakla müzakirə edib.

Səfirin sözlərinə görə, İsrail TANAP və TAP qaz kəməri layihələrinin reallaşdırılmasını yaxından izləyir.

D.Stav onu da qeyd edib ki, İsraillə Türkiyə arasında münasibətlər yaxşılaşır, Azərbaycanla münasibətlər isə yüksək səviyyədədir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR