General Dunford Türkiyədə

General Dunford Türkiyədə
18:12 6 Noyabr 2016
85 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün ABŞ Silahı Qüvvələrinin Baş Qərargah rəisi Jozef Dunford Türkiyəyə rəsmi səfərə gəlib.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, J. D. türkiyəli həmkarı Hulusi Akarla görüşəcək.

Qeyd edək ki, J. Dunfordun səfərinin Suriyada İŞİD-in əsas mərkəzi sayılan Rakka şəhərinə SuriyaDemokratik Güclərinin (SDG) hücuma başladığı günə təsadüf etməsi diqqət çəkir. Türkiyə hakimiyyəti dəfələrlə bəyan edib ki, Rakkanın İŞİD-dən azad edilməsi əməliyyatına əsasını PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG təşkil edən SDG qatılarsa, Rakka əməliyyatında iştirak etməyəcək. ABŞ isə Suriyada müxalif Azad Suriya Ordusu ilə "Fərat qalxanı" əməliyyatı həyata keçirən Türkiyənin YPG-yə zərbə endirməməsinə çalışır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486836.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR