“Barselona” Subisarreta və Puyolu istefaya göndərib

“Barselona” Subisarreta və Puyolu istefaya göndərib
21:47 5 Yanvar 2015
218 İdman
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 21:45 ]

Bakı – APA. “Barselona” iki mütəxəssisi ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, bunlar Kataloniya təmsilçisinin idman direktoru Andoni Subisarreta və onun köməkçisi Karles Puyoldu.

 

Bu qərarı “Barsa”nın prezidenti Xosep Mariya Bartomeu verib. Daha əvvəl istefaya göndərilən Subisarretadan sonra sabiq kapitan özü müqaviləsini qarşılıqlı razılıq əsasında pozub.

 

Qeyd edək ki, 1986-1994-cü illərdə “Barselona”nın formasını geyinən Andoni Subisarreta 2010-cu ilin iyulundan idman direktoru vəzifəsində çalışıb. Puyol isə 2014-cü ildə Kataloniya klubunda futbolçu karyerasını başa vurduqdan Subisarretanın köməkçisi vəzifəsində işləyib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368078

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR