"Məni özümdən çıxaran futbolçuma qarşı ağır söyüş idi" - Tərlan Əhmədov

"Məni özümdən çıxaran futbolçuma qarşı ağır söyüş idi" -   Tərlan Əhmədov
18:37 6 Noyabr 2016
66 İdman
Ölkə mətbuatı
A- A+

Premyer Liqanın XI turu çərçivəsində baş tutan AZAL - "Qəbələ" matçından sonra meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov fikirlərini bildirib. Fanat.az xəbər verir ki, mütəxəssis komandanın əzmkarlığını qabardıb: 

"Bilirdik ki, bizim üçün ağır olacaq. Bir neçə oyunçunu itirdik. Emin Cəfərquliyevi məcburiyyətdən meydana buraxdım. Əzmkar futbol oynadıq. Əks-hücumlar hesabına qol vurmağa ümid edirdik. Rəqibin gücünə bələd idik. Müdafiədə səhvsiz oynadıq. Bu gün məcburiyyətdən müdafiə futbolunu seçdim”.

- AZAL-ın iki oyunçusu son dəqiqələrdə söz davasına çıxdılar. Komandada nə baş verir?
- İki baş məşqçi arasında söz-söhbət olursa, bu, oyundakı atmosferin gərginliyindən xəbər verir. Çox incə məsələdi. Futbolçulara da dedim ki, bu sualı mənə verəcəklər. Hücum xəttindəki oyunçuların diqqətsizliyi müdafiəçiləri də özündən çıxardı. Bu məsələlərə klub daxilində baxılacaq.

- Rəqibin baş məşqçisi ilə aranızda nə baş vermişdi?
- Mən heç vaxt demərəm ki, "sındır”. Çünki futbolçu çörəyini ayağı ilə qazanır. Futbolçunun zədələnəndə çəkdiyi iztirabı bilirəm. Futbolçuma həmişə demişəm ki, aqressiv oyna. Çünki futbolun tələbi budu. Məni özümdən çıxaran futbolçuma qarşı ağır söyüş idi. Mən də Ukraynada yaşamışam. Ən aqressiv məşqçi də bizim məşqçi idi. Əsəbləşəndə, başının damarlar görünürdü. Amma bizə qarşı ehtiyatlı olurdu. Mübarizə anında futbolçu zədələnə bilər. Bizim də bir neçə oyunçumuz zədələnib. Avroliqada oynayana qarşı sərt oynama tapşırığı nə dərəcədə doğru ola bilər? Sadəcə, məşqçinin söyüşünü qəbul etmədim.

- Son dəqiqələrdə qol da vura bilərdiniz...
- Mən futbolçuların başından I divizion psixologiyasını çıxara bilmirəm. Ordan gələn futbolçu bura uyğunlaşa bilmir. Burda böyük sürət tələb olunur. Canelidzeyə dedim ki, sənin bir şansın olur, dayanmaq olmaz.

- İlqar Ələkbərov kobudluq etdikdən sonra rəqib oyunçunu vurdu. Onunla bu barədə söhbət etdinizmi?
- Oyunun hakimi var. Qırmızı vərəqə versəydi, mən nə deyəcəkdim? Biz həftədə bir dəfə Ceyhun Həşimovu gətiririk, futbolçulara futbolun yeni qaydalarını keçir. Komanda 0:5 hesabı ilə uduzsaydı, indi başqa suallar veriləcəkdi. Liderdən xal aldıqları üçün oyunçularıma təşəkkür düşür. Biz hələ penalti vurmamışıq. Heç bir hakim istəməz ki, ona söz gəlsin.

- Dünən "Neftçi”nin oyununda kobud hakim səhvi oldu. Həmin epizodu görəndə, I turda "Neftçi” ilə matçdakı hakim səhvi yadınıza düşmədi?
- AZAL-ın sonuncu yerdə olması bəlkə də, ilk turdakı hakim səhvi idi. Səhvlər olacaq. Dünənki matça baxanda düşündüm ki, gör, gələcəkdə digər 7 komandanı nə gözləyir? Düşünək ki, qarşıda normal hakimlik olacaq.

- Brayan Foksun oyunundan razı qaldınızmı?
- Bu gün hamısından razı qaldım. Onu ötən matçda sonrada oyuna qoşmuşdum. Bu gün start heyətində meydana buraxmağı qərara aldım. (apasport)

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmni-ozumdn-cxaran-futbolcuma-qar-ar-soyu-idiquot-t53954.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR