"Xarici görünüşümə görə efirə çıxmağa utanıram" - FOTO

"Xarici görünüşümə görə efirə çıxmağa utanıram" - FOTO
19:05 6 Noyabr 2016
1214 Şou
Ölkə mətbuatı
A- A+

4-cü övladını dünyaya gətirməyə hazırlaşan xalq artisti Gülyanaq Məmmədova hamiləliyindən danışıb. 
Milli.Az xəbər verir ki, oğlan anası olacaq sənətçi musavat.com saytına açıqlamasında səhhətinin yaxşı olduğunu deyib: 

"Hamiləliyim yaxşı keçir, hər şey qaydasındadır. Hələ ki, universitetdə dərs deməyə davam edirəm, işimin başındayam. 5-10 günə məzuniyyət götürəcəyəm. Əslində, məzuniyyətə çıxmaya da bilərəm, amma istəyirəm ki, hər şey qanuni olsun. Məzuniyyətə çıxsam da, istirahət edə bilməyəcəyəm. Tez-tez efirlərə dəvət edirlər. Deyirəm hamiləyəm, utanıram efirə çıxmağa, əl çəkmirlər. Mən də çalışıram ki, enli paltarlar geyinim. Televiziya mədəniyyət deməkdir, hamilə olaraq çıxıb tamaşaçılara qarşı ayıb etmək, səhvə yol vermək istəmirəm. Elə verilişlər var ki, orada dəyərli milli musiqimizdən söhbət gedir, efirə çıxmaya bilmərəm. Onlardan biri dövlət televiziyasında yayımlanan "Yaradanlar, yaşadanlar", digəri ATV-dəki "Nanəli"-dir. Yəqin bir müddət sonra efirə çıxmağa da fasilə verəcəyəm". 

Xalq artisti yaradıcılıq planlarından da söhbət açıb: "Ötən ayın 30-u  tələbələrimizlə Heydər Əliyev Sarayında konsert verəcəkdik. Konsertə 2 ay öncə qərar verilib. Mən qorxdum ki, hamiləliyim ilə bağlı problem olar. Ona görə razı olmadım. İndi düşünürəm ki, kaş, imtina etməzdim. Hazırda əməkdar tarzənimiz Əliağa Sədiyevin gözəl layihəsi var. Noyabr ayı üçün nəzərdə tutulub. Bir neçə xanəndənin ayrı-ayrılıqda muğam konserti olacaq. Orada oturub oxuyacağımız üçün razılıq verdim. İnanıram ki, oturub oxusam, xarici görünüşüm nəzərə çarpmayacaq". 

Adı vergi ödəməyən məşhurlar sırasında olan Məmmədova borcnu ödəmədiyini bildirib: "Vergi ödəməyənlər siyahısında adım hələ də qalıb. 2015-ci ilin oktyabrından vergimi ödəyirəm. Qanun hamı üçün qanundur. Hər bir vətəndaş dövlətə borcunu ödəməli, vergidən yayınmamalıdır. Mənə yazılan məbləğ qanundan kənardır. 2011-ci ildən 2015-ci ilə qədər vergi ödəməyimiz dayandırılmışdı. Mən əvvəllər maraqlanmışdım, vergi borcum yox idi. 2015-ci ilin oktyabrında qanun çıxdı ki, bütün sənətçilər vergi ödəməlidir. Ondan 3 ay sonra bu borc yarandı. Vergilər Nazirliyindən hər dəqiqə borc istənilməsə də, bu hal məni narahat edir. O borcun üstünə faiz gələ-gələ gedir. Bilirəm ki, başım ağrıyacaq. Mənə o artıq vergi necə yazılıbsa, silinsin. Toydan qazandığımız pul ancaq gündəlik ehtiyaclarımıza çatır. Xarici müğənnilər qədər qazansam, artıqlaması ilə vergimi verərdim". 

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/486844.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR