"Qarabağ” elə komandadır ki...” - Adil Şükürov

"Qarabağ” elə komandadır ki...” -   Adil Şükürov
19:27 6 Noyabr 2016
91 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının XI turunda evdə “Qarabağ”a uduzan (0:2) “Zirə”nin baş məşqçisi Adil Şükürov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Şükürov bunları deyib:

- Komandama təşəkkür edirəm. “Qarabağ” elə komandadı ki, hər bir kluba qarşı oynaya bilər. Bu oyunda müdafiədə yol verdiyimiz iki səhv iki qolla nəticələndi. Bu cür komandalarla oyunda belə xırda səhvlər matçın taleyini həll edir. Oyundan sonra paltardəyişmə otağında uşaqlara təşəkkür etdim.

- Müdafiədə səhv buraxdığınızı dediz. Ancaq hücumda da problemlər var idi. Demək olar ki, Nelson Bonillanın yeri doldurulmayıb? 
- Bonilla artıq tarixdi. Komanda öz oyununu inkişaf etdirməyə çalışır. Öz üzərimizdə çalışırıq. Bu problemi də aradan qaldırmağa çalışacağıq.(Komanda.az)

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqaraba-el-komandadr-ki-t53957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR