Məşhurlar Clinton cəbhəsinə qoşuldular

Məşhurlar Clinton cəbhəsinə qoşuldular
19:52 6 Noyabr 2016
97 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ seçkilərinə iki gün qalmış ölkənin bir çox məşhurları demokrat namizəd Hillary Clinton-un kampaniyasına qoşulublar.

Məqalədə deyilir ki, respublikaçı namizədin son günlərdə qazandığı tərəqqi onunla xanım Clinton arasındakı populyarlıq fərqini 1, 8 faizə qədər azaldıb. Belə kiçik fərq seçkiyə 48 saat qalmış demokratları nigarançılıqdan xilas etmir.

Belə bir həlledici məqamda Hilary Clinton üzünü onu dəstəkləyən məşhurlara tutub və "Amerikanın müasir tarixində misli görünməmiş demaqoqun" - yəni Donald Trump-ın qarşısını almağa çağırıb.

Milli.Az BBC-yə istinadən bildirir ki,Trump-a meyllənən Ohio ştatında bazar günü keçirilən mitinqdə xanım Clinton-u Cleveland Cavaliers basketbol komandasının əfsanəvi oyunçusu LeBron James müşayiət edir.

Ötən cümə günü isə Jay Z və Beyoncé Clinton-a dəstək konserti veriblər. Bundan əvvəl demokratlar Philadelphia-da Stevie Wonder-i və Miami-də Jennifer Lopez-i səfərbər etmişdilər.

Seçkilərdə adətən iki partiya arasında tərəddüd yaşayan Florida ştatında keçirilən mitinqdə xanım Clinton-un vise-prezidentliyə namizədi Tim Kaine ilə səhnədə rok ulduzu Jon Bon Jovi dayanıb.

Şənbə günü bu ştatda keçirdiyi mitinqdə Donald Trump rəqibinin məşhurların dəstəyindən istifadə etməsini tənqid edib.

"The Guardian" yazır ki, "qadınların cinsi orqanından yapışması ilə lovğalan Trump" Jay Z-in səhnədə söyüş işlətməsinə irad tutub.

"Mən ömrümdə ağzıma belə sözlər almamışam" - deyib Trump.

Məqalədə deyilir ki, Trump-ın hədəflədiyi başqa ştatlarda da demokratların sanballı nümayəndələri səfərbər olublar.

Hətta prezident Barack Obama-nın Clinton üçün kampaniya aparmaq məqsədilə Michigan, New Hampshire və Pennsylvania ştatlarına yollandığı xəbər verilib.

"The Guardian" yazır ki, bu arada xanım Clinton üçün yaxşı xəbərlər də gəlir. Nevada ştatında erkən seçkilərdə keçmiş birinci ledinin qalib gəldiyi xəbər verilib.

Respublikaçı Donald Trump da xanım Clinton-a rəğbət bəsləyən ştatlara - Michigan, Colorado və Virginia ştatlarına səfər edir. Bundan başqa Trump elan edib ki, Minnesota ştatına da baş çəkəcək. Burada respublikaçılar 1972-ci ildən bəri bir dəfə də olsun uğur qazana bilməyiblər.

Lakin Clinton-un müşavirləri iddia edirlər ki, onlar FTB-nin açıqlamaları ilə bağlı Trump-ın qazandığı yüksəliş tempini tormozlaya biliblər.

Müşavirlər deyirlər ki, bir sıra ştatlarda erkən seçkinin nəticələri buralarda Trump-ın uğur imkanlarını sıfıra endirib.

"The Guardian" yazır ki, demokratlar həqiqətən də seçicilər arasında apardıqları təbliğat kampaniyaları ilə həmişə seçiliblər.

Clinton-un müşavirləri deyirlər ki, onlar sentyabrda erkən seçki başlanandan bəri 8, 3 milyon seçici qapısını şəxsən döyüblər və 37 milyon telefon zəngi ediblər.

"The Guardian" yazır ki, son günlərdə aparılmış rəy sorğuları da böyük çaşqınlıq yaradır. Şənbə günü ölkə boyunca keçirilmiş üç rəy sorğusunun birində xanım Clinton Trump-dan 12 xal, başqa bir sorğuda cəmi 1 xal irəlidədir. Lakin üçüncü sorğu Trump-ın 5 xal irəlidə olduöunu göstərib.

Bəzi təhlilçilər bildirirlər ki, Donald Trump-ın bu seçikini udmaq şansı 1-in 3-ə nisbətindədir.

Lakin elə müşahidəçilər də var ki, Trump-ın yalnız bəxti gətirərsə, qalib gələcəyini bildiriblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486852.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR