Kanola yağı - qarın piyini əritmək silahı

Kanola yağı - qarın piyini əritmək silahı
19:57 6 Noyabr 2016
276 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yeni elmi-tədqiqat ayrılıqda qarın piyini "əridən" bitki yağı pəhrizini müəyyən ediblər. Bu yağın adı şərti olaraq kanola (Canadian Oil Low Acid - Aşağı Turşuluqlu Kanada Yağı) kimi qəbul edilib.

Alimlər iddia edirlər ki, yeməklərinə kanola yağı əlavə edən adamlar 4 həftənin içində insan bədəninin eybəcərləşdirən qarını "əridə" bilirlər.

Raps bitkisi ilə eyni ailədən olan kanola bitkisindən alınan yağın piyliliyi zeytun yağından iki dəfə azdır və onun tərkibindəki başqa elementlər xüsusi olaraq qarın nahiyəsini "kəmərləyən" piyi hədəfləyir.

Milli.Az BBC-yə istinadən bildirir ki, araşdırmanı aparmış alimlər məhz bu mexanizmin sirini aça biliblər.

Onlar bu nəticəyə gəliblər ki, kanola yağındakı kimyəvi turşular piylənməyə məruz qalmış insanlar üçün xüsusilə faydalı ola bilər.

Pensilvaniya ştatından tanınmış qidalanma professoru Penny M. Kris-Etherton deyib ki, qarın nahiyəsinin piylənməsi ürək-damar xəstəliklərinin və diabetin əsas səbəblərindən biridir.

Odur ki, bədənin bu hissəsindəki piylənmənin aradan qaldırılması sözü gedən xəstəliklərin qarşısının alınmasına imkan yaradardı.

Təcrübə zamanı könüllü iştirakçılara kanola yağı da daxil beş növ bitki yağı verilib.

Cəmi bir aydan sonra doktor Kris-Etherton və onun həmkarları aşkar ediblər ki, adi kanola yağını qəbul edənlər qarın nahiyəsindən 11 kiloqramadək artıq çəkini ata biliblər.

Alimlər habelə aşkar ediblər ki, kanola yağını qəbul edənlərdə bədənin başqa hissələri arıqlamır.

Kris-Etherton deyir ki, adi halda yalnız qarından arıqlamaq mümkün deyil, amma belə görünür təkkarbonlu doymamış turşularla zəngin kanola yağı bədənin spesifik hissələrini "nişan" ala bilir.

Elə isə bu yağı necə qəbul etmək olar? Alim məsləhət görür ki, kanola yağını yemək və salatların üstünə çiləmək olar.

Təcrübədə iştirak edənlərə kanola yağını meyvə-tərəvəz şirəsi ilə qatışıq kokteyl halında veriblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/486853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR