Oğrunun alimə təsirli sözü

Oğrunun alimə təsirli sözü
21:22 6 Noyabr 2016
219 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az deyerler.org-a istinadən bildirir ki, böyük ariflərdən olan Muhəmməd Qəzzali başına gələn bu təsiredici hadisəni belə nəql edir: "Bir gün səfərə çıxmışdım və karvanımız oğrulara rast gəldi. Oğrular hətta bir xurcun belə qoymamışdılar. Hamısını aparmışdılar. Çarəsiz oğruların başçısının yanına getdim və xahiş etdim ki, oğurladıqları malı insanlara qaytarsın. Başçı dedi: "Olmaz". Dedim: "Heç olmasa mənim malımı verin". Soruşdu: "Sənin malın nədir?" Dedim: "Bir dəstə kağızdır ki, üzərində yazılar vardır." Soruşdu: "Əgər kağızlarını verməsəm nə olar? " Dedim: "Heç bir şey. Ancaq mən 30 il çalışıb, elm əldə etmişəm və bu elmimi kağız üzərinə yazmışam".

Bu zaman oğruların başçısı mənə elə bir söz dedi ki, daxili inqilabıma səbəb oldu. O, güldü və dedi: "Ey bədbəxt. Bu nə elmdir ki, oğru bir dəfəyə oğurlaya bilir. Get elə bir elm öyrən ki, onu oğru oğurlaya bilməsin".
Deyilənə görə bu hadisədən sonra Qəzzali Şama gedir və 30 il ərzində mühüm kitablar dərc etdirir ki, bu kitablar sayəsində adını tarixə qızıl hərflərlə yazdırır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR