Mübahilə İslamdan əvvəl də olubmu?

Mübahilə İslamdan əvvəl də olubmu?
21:42 6 Noyabr 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

"Rəsullahın əxlaqı" kitabında mübahiləyə bu cür tərif verilmişdir. "Mübahilənin əsasında bu durur ki, iki nəfər və ya iki qrup bir-birinə pis dua etsinlər. Sonra hansı ki, zalımdır, Allah Təala onu rüsvay edər. Öz əzabını ona nazil edər."

Mibədi isə "Kəşful-israr" kitabında ona bu cür tərif vermişdir: "Mübahilə odur ki, iki nəfər və ya iki qəbilə bir-birinə qarğış etsinlər, Allah Təaladan lənət istəsinlər. Allah da yalançıya əzab nazil edər".
"Məcməyil Bəhreyn" kitabında isə mübahilə belə izah edilmişdir: "Mübahilə odur ki, iki nəfər və ya iki qrup bir-birini lənətləsinlər. Bununla da zalıma əzab nazil olar".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ərəblərin arasında qədimdən bəri mövcud idi. Bu zaman deyərdilər: "Allahın lənəti olsun aramızda olan zalıma".
Yuxarıda dediyimiz təriflərdən aydın olur ki, mübahilə dedikdə o nəzərdə tutulur ki, iki nəfər və ya iki qrup bir-biri ilə müzakirə keçirəndən sonra, hər iki tərəfi qane edən cavab ala bilməyəndə hər iki tərəf öz iddialarının isbatı üçün bu məsələni Allaha tapşırarlar. Hər iki tərəf Allahdan istəyər ki, əgər hansı tərəf yalan deyirsə, haqqı gizlədirsə, ona tez bir zamanda əzab nazil etsin ki, haqq aydın olsun.
Bu məsələ İslamdan əvvəl də həm ərəblərin arasında, həm də başqa millətlərdə mövcud olmuşdur. Bu məsələdə Allah tez bir zamanda onların bu dualarına cavab verər. Bununla öz höccətini tamamlayar. Əvvəlki peyğəmbərlərin (ə) zamanında da bu hadisəyə dəfələrlə rast gəlinmişdir. Müxalif çıxanlar İlahi əzaba düçar olmuşdular.
Xatəmül-Nəbinin (s) 23 illik risalətində bu hadisəyə ancaq bir dəfə rast gəlinmişdir. O da 10-cu Hicri ilində Nəcran xristianları ilə baş vermişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486309.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR