Mercedes elektrik krossover hazırladı - FOTO

Mercedes elektrik krossover hazırladı - FOTO
21:57 6 Noyabr 2016
123 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bu gün Paris avtosalonunda nümayiş olunan bu maraqlı "Mercedes-Benz" konsepti bütöv bir model sırasından xəbər verir - tam elektrik cərəyanı ilə çalışan "Generation EQ" krossoveri "EQ" ("Electric Intelligence") subbrendinə start vermək üçün gəlib. Yəni, "Mercedes" seriyalı bir neçə elektrokar hazırlayır.

Milli.Az auto.az-a istinadən bildirir ki, bunlardan biri də krossover "GLC" olacaq. Görünür, o, çox sürətlidir - konsept elektrik cərəyanı ilə işləyən iki mühərriklə (bu, hər oxda 408 a.g. və 700 Nm deməkdir) təchiz olunub və ilk yüzlüyü 5 saniyəyə yığır. Yetmiş kilovat/saatdan çox həcmi olan tökmə-ion batareyalar 500 km məsafə qət etməyə imkan verir.

Seriyalı istehsalat 2019-cu ilə planlaşdırılıb, odur ki, əgər yenilik futuristik dizaynı və kosmik salonu saxlasa təəccüblənmərik - daxildə və xaricdə LED işıqlar, taçpədi olan böyük displey, arxa görünüş güzgüləri əvəzinə kameralar, bir sözlə, adət halı alan əşyalar.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/477404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR