42 yaşlı qadının üstünə qaynar su töküldü - Tovuzda

42 yaşlı qadının  üstünə qaynar su töküldü  - Tovuzda
22:34 6 Noyabr 2016
172 Digər
Ölkə mətbuatı
A- A+

Tovuzda qadının üzərinə qaynar su dağılıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

 

Kənd sakini, 1974-cü il təvəllüdlü Nəzakət Nəbiyeva yaşadığı evdə övladlarını çimizdirmək üçün sobanın üzərinə vedrədə su qoyub. İşıqlar sönən zaman qadın qaynar suyu götürmək istəyib. Bu zaman su onun üzərinə dağılıb.

 

Bədənin 2-ci dərəcəli termiki yanığı və yanıq şoku diaqnozu qoyulan N. Nəbiyeva dərhal Tovuz rayon mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün Bakıda olan yanıq mərkəzinə aparılması planlaşdırılıb.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR