Audi yığcam RS-sedanı göstərdi - FOTO

Audi yığcam RS-sedanı göstərdi - FOTO
22:57 6 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Audi" şirkəti Paris avtosalonu çərçivəsində öz sırasında ilk yığcam sedanını təqdim edib. O, RS indeksı alıb - RS3. Dördqapılı versiya beşqapılı versiyadan daha güclü mühərriklə təchiz edilib.

Milli.Az auto.az-a istinadən bildirir ki, 2,5-litrlik turbolaşdırılmış "beşliyin" gücü 367-dən 400 a.g.-ə qədər artırılıb. Mühərrik robotlaşdırılmış sürət qutusu ilə birgə tam ötürücülü sedanı 4,1 saniyəyə (hetçbekdən 0,2 saniyə tez) 100 km/saata sürətləndirir. Maksimal sürət 250 km/saatda məhdudlaşdırılıb. Lakin əlavə pul ödəndikdə "Audi" bu göstəricini 280 km/saat edə bilər.

"RS" versiyası adi "A3" sedanından 25 mm alçaq alınıb. Yeniliyi qabaqda 370 mm-lik, arxada isə 310 mm-lik əyləc diskləri ilə təchiz ediblər. Əlavə pul ödəməklə müştəri karbon-keramik əyləclər də əldə edə bilər. Model baza variantında 235/35 ölçülü 19-düymlük təkər diskləri ilə təchiz edilir. Opsiya kimi qabaq təkərlər 255/30 ölçüsü ilə təklif edilir.

"Audi RS3" sedanı 2017-ci ilin yayında Çində və ABŞ-da satışa çıxarılacaq. Modelin digər bazarlara çıxarılıb-çıxarılmayacağı barədə məlumat yoxdur.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/477405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR