Ukraynada yaşayış binası partladı

Ukraynada yaşayış binası partladı
23:42 6 Noyabr 2016
75 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Lvov şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisəyə səbəb döyüş sursatının partlaması olub.
Lvov Vilayəti Polisi Baş İdarəsinin Kommunikasiya Şöbəsinin rəhbəri Svetlana Dobrovolskaya bildirib ki, partlayışın baş verdiyi mənzildə İkinci Dünya Müharibəsindən qalmış döyüş sursatının qalıqları aşkarlanıb. İlkin məlumatda hadisəyə qaz sızmasının səbəb olduğu bildirilirdi.
Qeyd edək ki, hadisə bir neçə saat əvvəl baş verib.
Partlayış zamanı 1 nəfər ölüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486909.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR