Şəmkirdə yaşayış evində partlayış: Yaralılar var

Şəmkirdə yaşayış evində partlayış: Yaralılar var
00:18 7 Noyabr 2016
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkirdə partlayış olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb.

Kənd sakini Akif Əliyeva məxsus evdə baş verən partlayış nəticəsində ev yerlə yeksan olub. Məlumata görə, A. Əliyev bir neçə ildir Rusiyaya köçüb. Evini isə Ramin Hacıyev adlı şəxsə kirayə verib. Həyat yoldaşı ilə kirayə qalan R. Hacıyev ötən gün saat 16 radələrində evə gələrək işığı yandırmaq istəyərkən güclü partlayış baş verib. Nəticədə sahəsi 200 kvadratmetrdən artıq olan ev tamamilə dağılıb. R. Hacıyev isə ağır yanıq xəsarətləri alaraq Bakı şəhərindəki xəstəxanaların birinə aparılıb. Partlayışın qaz sızmasından baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/174980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR