"İndi başqasının növbəsidir"

"İndi başqasının növbəsidir"
07:22 7 Noyabr 2016
89 İdman
Ölkə mətbuatı
A- A+

"Sunderland"in baş məşqçsisi Devid Moyes sabiq klubu "Manchester United"də işlərin qaydasında getmədiyini Ser Aleks Ferqyusson amili ilə əlaqələndirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, şotland mütəxəsis klubda onun dəst-xəttindən çıxmaq üçün vaxt lazım olduğunu qeyd edib.

"Müəyyən mənada bunlar onu göstərir ki, iş təkcə Moyesdə deyilmiş. Mourinyo mənim və Lui van Qaalın üzləşdiyi problemlərlə üz-üzə qalır? Şadam ki, bunu məndən soruşdunuz. "Manchester United"də işləmək kimliyindən asılı olmayaraq hər kəs üçün çətin olacaq. Çünki, bəlkə də, dövrümüzün ən yaxşı məşqçisinin izi ilə getmək tələb olunur. "United"ə stabillik lazımdır. Bu klub həmişə məşqçilərə inanıb, düzgün istiqamətdə işləmək üçün onlara vaxt verib. O, böyük klubdur. Orda müəyyən müddət işlədim. İndisə başqasının növbəsidir. Joze top məşqçidir. Hiss edirdim ki, ona vaxt lazım olacaq. Amma bu futboldur".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR