Ağcabədi rayonunda ümumi sahəsi 35 m2 olan birmərtəbəli 2 otaqlı inzibati binada yanğın olub.
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, binada 2 ədəd plastikdən ibarət qapı, 1 ədəd kreslo və 1 ədəd kompyuter yanıb, yüksək temperaturdan lambirdən ibarət tavan 35 m2 sahədə əriyib. Binanın qalan hissəsi və sənədlər yanğından mühafizə olunub.