"Qarabağ"ın rəqibi xal itirdi, "Qəbələ"nin rəqibindən çətin heç-heçə

"Qarabağ"ın rəqibi xal itirdi, "Qəbələ"nin rəqibindən çətin heç-heçə
09:22 7 Noyabr 2016
64 İdman
Ölkə mətbuatı
A- A+

Çexiya çempionatında XIII turun oyunları keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Slovan" da növbəti matçına çıxıb.

Doğma meydanda "Sparta" ilə qarşılaşan liberetslilər qolsuz bərabərliyə razılaşıblar.
 
Qeyd edək ki, hazırda aktivində 14 xal olan "Slovan" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 

Belçika çempionatında XIV turun oyunları keçirilib.

UEFA Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqiblərindən olan "Anderlext" də növbəti oyununa çıxıb.
 
 Adıçəkilən komanda doğma meydanda "Oostende" ilə qarşılaşıb. Turnir cədvəlində ilk üçlükdə qərarlaşmış iki komandanın oyununda qalib müəyyənləşməyib.
 
1:1 hesabı komandaların turnir cədvəlindəki mövqelərinə təsir etməyib.
 
Qeyd edək ki, aktivində 25 xal olan "Anderlext" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR