"Bursaspor"un futbolçusu millimizə çağırılmasından danışdı

"Bursaspor"un futbolçusu millimizə çağırılmasından danışdı
09:57 7 Noyabr 2016
79 İdman
Ölkə mətbuatı
A- A+

"Mənə Türkiyə yığmasında çıxış etmək qismət olmadı. Artıq yeni bir həyəcana başlayıram". Bunu Türkiyənin "Bursaspor" klubundan Azərbaycan millisi komandasına çağırılan futbolçu Dəniz Yılmaz bildirib. 


O deyib ki, bu dəvətlə əlaqədar tam həyəcanlı deyil: "Əlbəttə, Türkiyə yığmasına çağırıldığım kimi 100 faiz həyəcan hiss etmirəm. Amma çox sevinirəm. Yeni bir ab-havaya girirəm. Çox xoşbəxtəm, Azərbaycan millisində olmağı həyəcanla gözləyirəm. Artıq bütün diqqətimi bu ölkənin əsas komandasına yönəldirəm. Əlimdən gələni edəcəyəm. Ümid edirəm ki, dünya çempionatının final mərhələsinə qatılacağıq".


Qeyd edək ki, Dəniz Yılmaz Azərbaycan millisinin noyabrın 11-də Belfastda Şimali İrlandiya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçına dəvət alıb. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbursasporquotun-futbolcusu-millimiz-carlmasndan-dand-t53961.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR