Azərbaycanda yol polisi hamilə qadını xilas etdi - Uşağa onun adını qoydular

Azərbaycanda yol polisi hamilə qadını xilas etdi - Uşağa onun adını qoydular
10:22 7 Noyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yol polisi əməkdaşının etdiyi bu hərəkət dillər əzbəri olub. Üstündən 2 il keçsə də, hələ də çoxları bu hadisədən ağızdolusu danışır.

Milli.Az bildirir ki, avtosfer.az saytı məsələni araşdırıb. 

Təxminən 2 il bundan öncə Bakı-Şamaxı yolunda baş vermiş hadisənin qəhrəmanlarının hər ikisinin adı Mərdandır. Balaca Mərdanın indi 2 yaşı var. Böyük Mərdan isə Şamaxı-İsmayıllı trasının komandıridir. Dövlət Yol Polisinin zabiti olan Mərdan Mehdiyevlə söhbət edərək hadisənin bütün detallarını öyrənə bildik. Məlum oldu ki, hadisə baş verən gün, daha doğrusu gecə saat 1 radələrində Mərdan Mehdiyev xidmətdə olub və xidməti avtomobillə hərəkətdə olarkən başqa bir avtomobilin yoldan çıxdığını görüb: "Maşının yanından keçəndə hiss etdim ki, nəsə problem var. Dönüb geri qayıtdım. Avtomobilə yaxınlaşanda məlum oldu ki, salonda hamilə qadın var və dili qatlanıb. Maşın hərəkətdə olarkən təkərin biri qırılıb və avtomobil bir neçə metr barabanın üstündə hərəkət etdiyi üçün qadın elə bilib ki, ağır qəza baş verdi. Qorxudan "sudurqa" keçirib və dili qatlanıb. Mən ona dərhal kömək etdim, ayıldı və bir az özünə gələn kimi qadını və onun yaxınlarını öz maşınıma mindirib xəstəxənaya apardım. Yolda Şamaxı xəstəxanasının baş həkiminə zəng edib xahiş etdim ki, ağır xəstə var, təcili heyəti hazırlayın, çatıram. Biz xəstəxanaya çatanda artıq həkim qrupu hazır idi, dərhal xəstəni maşınımdan düşürüb xərəkdə içəri apardılar. Ona tibbi yardım göstərəndən sonra vəziyyəti normallaşdı. Həkimlər bildirdilər ki, ana bətnindəki uşağa heç nə olmayıb. Amma doğuşun vaxtına hələ bir neçə gün var.

Qadın orada 4 gün qaldı. Sonra ailəsi çıxarıb Göyçay rayonuna apardı. Üstündən 5-6 gün keçmişdi, mənə məlumat verdilər ki, həmin qadının oğlu olub. Adını da mənim onlara etdiyim köməyə görə Mərdan qoyublar. Buna çox sevindim. Göyçay xəstəxanasına getdim. Nə xərci var idisə hamısını özüm çəkdim. Kasıb bir ailə idi. Apektdən də borca dərman almışdılar. Onu da ödədim. Uşağın bələyini, beşiyini, paltarlarını, yeməyini və lazım olan digər şeyləri də alıb hədiyyə verdim. Sonra əlaqəmiz olmadı. Təxminən bir ay əvvəl Şamaxı yolu ilə gedərkən yol polisi əməkdaşlarından məni soruşublar. Gedib görüşdüm. Soruşdum ki, vaxtınız varsa, bir yerə gedək. Etiraz etmədilər. Balaca Mərdanın artıq 2 yaşı var. Onları götürüb Şamaxıya apardım. Uşağa bir az alış-veriş etdik, gəzdirdik, sonra da yola saldım getdilər".

Mərdan Mehdiyev deyir ki, o, bütün bunları edərkən heç bir təmənnası olmayıb və bunu həm xidməti, həm də mənəvi borcu kimi qəbul edib. Hətta həmin ailə bu yaxşılığına görə o vaxt televiziyalara, mətbuata məlumat vermək, yuxarı instansiyalara məktub yazıb onun xeyirxahlığından bəhs etmək istəsələr də, komandir buna ehtiyac görməyib. Lakin bu barədə məlumat aldıqdan sonra Mərdan Mehdiyevlə əlaqə saxlanılıb. O, əvvəlcə bunun yayılmasına etiraz etsə də, güc-bəla ilə danışdıra bildik. Düşündük ki, belə əməlləri ilə başqalarına nümunə olan DYP əməkdaşlarını cəmiyyətə tanıtmaq vacibdir...

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ Şimali Koreyaya qarşı yeni maliyyə sanksiyaları tətbiq edib

21 Sentyabr 2017 23:52

"Lotu Qulinin adamları" şou-biznesi çökdürmək istəyirmişlər

21 Sentyabr 2017 23:48

Türkiyə, İran və İraq birgə bəyanat qəbul etdi -

21 Sentyabr 2017 23:45

İnternetin yeni fenomeni 18 milyon baxış topladı - FOTO/VİDEO

21 Sentyabr 2017 23:38

Azərbaycan neftinin SON QİYMƏTİ -

21 Sentyabr 2017 23:33

Bakıda "narkobaron" həbs edildi

21 Sentyabr 2017 23:28

Rusiya 850 terrorçunu belə məhv etdi -

21 Sentyabr 2017 23:23

"QAZ" və "VAZ" yandı

21 Sentyabr 2017 23:19

İstanbulda təyyarə qəzası - VİDEO

21 Sentyabr 2017 23:13

Çexiyanın milli bayramı Bakıda qeyd edildi

21 Sentyabr 2017 23:04

"Qarabağ"ın rəqibinin futbolçusu 150 minlik maşınla qəzaya düşdü - FOTOLAR

21 Sentyabr 2017 23:03

İsrail polisi Avropa parlamentindən olan nümayəndələrə hücum edib

21 Sentyabr 2017 23:02

Bu görüntülər sizi dəhşətə gətirəcək -

21 Sentyabr 2017 22:52

Türkiyədə silah səsləri eşidildi -

21 Sentyabr 2017 22:46

"Harvi"nin vurduğu ziyan - 600 milyon dollar

21 Sentyabr 2017 22:38

Azərbaycanda kredit tarixçəsinin alınması ilə bağlı qayda təsdiqləndi

21 Sentyabr 2017 22:28

Erməni deputatlar Bakıda səfərdədir

21 Sentyabr 2017 22:28

BMT baş katibi Ruhanidən xahiş etdi

21 Sentyabr 2017 22:19

İstəyən hər qız “Taxt oyunları”nın qəhrəmanı ilə cinsi əlaqədə olacaq: İNANILMAZ İMKAN - FOTO (18+)

21 Sentyabr 2017 22:13

Azərbaycanın təşkil etdiyi hər bir yarış çox möhtəşəm keçir -

21 Sentyabr 2017 22:12

Azərbaycanda kredit tarixçəsinin alınması ilə bağlı qayda təsdiqləndi

21 Sentyabr 2017 22:06

"Çelsi"nin futbolçusu ağır yol qəzasına düşüb

21 Sentyabr 2017 22:02

"Mariya" qasırğası şiddətini artırır -

21 Sentyabr 2017 22:00

Lənkəran sakini qatarın altında qaldı

21 Sentyabr 2017 21:58

Terror təşkilatı Suriyada seçkilər keçirəcək

21 Sentyabr 2017 21:43

Ermənistan parlamentinin deputatları Bakıya niyə gəliblər?

21 Sentyabr 2017 21:38

Lənkəranda qatar yerli sakini vurub

21 Sentyabr 2017 21:37

Erməni deputatlar Bakıdadır

21 Sentyabr 2017 21:34

Iraq ordusundan hazırlıq -

21 Sentyabr 2017 21:34

Göyçayda 62 yaşlı kişi özünü kanala atdı

21 Sentyabr 2017 21:28

Dünyanın ən yaşlı qadını dünyasını dəyişib

21 Sentyabr 2017 21:27

Sabah Yaxın Şərqin gələcəyi müəyyən ediləcək: Türkiyə ordusu HAZIRDIR

21 Sentyabr 2017 21:18

"Harvi"nin vurduğu ziyan açıqlanıb -

21 Sentyabr 2017 21:14

ANAM üçün

21 Sentyabr 2017 21:03

Aktauda Qazaxıstan-Azərbaycan gəncləri günlərinə start verilib

21 Sentyabr 2017 21:02

Kim Çen Inın seks kölələri, qorxulu əmrləri... -

21 Sentyabr 2017 20:50

Samuxda istehlakçı hüquqlarına dair konfrans keçirilib

21 Sentyabr 2017 20:42

Azərbaycanın Cənubi Koreyadakı səfiri “İlin səfiri” seçildi

21 Sentyabr 2017 20:38

Türkiyə Ərbilə hücum edəcəkmi? -

21 Sentyabr 2017 20:30

Lütfizadənin cənazəsinin gətirilməsi 7-10 gün çəkə bilər

21 Sentyabr 2017 20:29

Radioaktiv tullantılar üçün yer qalmayıb - SOS

21 Sentyabr 2017 20:28

“Azərbaycan-Rusiya: dostluq qanadlarında” adlı festivalın qalibləri ilə görüş keçirilib

21 Sentyabr 2017 20:27

Ayətullah Xameneyi Trampa dişinin dibindən çıxanı dedi

21 Sentyabr 2017 20:13

İraqın şimalındakı yerli hökumətin başçısının müşaviri: “Referendum"u təxirə salmağa hazırıq”

21 Sentyabr 2017 20:12

İki zənglə qarşısı alınan MÜHARİBƏ, ərazilərin qaytarılması üçün HAZIRLIQ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

21 Sentyabr 2017 20:03

Vüqar Rəhimzadə: "Azərbaycan Prezidenti BMT-nin ali tribunasından dünya ictimaiyyətinə mühüm mesajlar verdi"

21 Sentyabr 2017 20:02

İraqdakı azərbaycanlı İŞİD-çi ailələrin taleyi barədə şok təfərrüatlar -

21 Sentyabr 2017 20:02

Təhsil Nazirliyi yanında daimi şuralar məşvərətçi orqan kimi fəaliyyət göstərəcək

21 Sentyabr 2017 19:52

İtaliyanın məşhur dizayneri modapərəstləri BELƏ TƏƏCCÜBLƏNDİRDİ - FOTO

21 Sentyabr 2017 19:48

Sabah Azərbaycanda Avropa Çempionatı başlayır

21 Sentyabr 2017 19:44