Yığmamızın rəqibində itki

Yığmamızın rəqibində itki
10:37 7 Noyabr 2016
74 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Şimali İrlandiya itki ilə üzləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Böyük Britaniya təmsilçisi Ceymi Uordun xidmətindən məhrum olub.

Buna səbəb "Berton Albion"da çıxış edən hücumçunun zədələnməsidi. "Bernsli" ilə qarşılaşmada biləyindən xəsarət alan futbolçunu əməliyyat gözləyir. Bu üzdən də Uord yığmanın noyabrın 11-də Azərbaycanla Belfastdakı görüşünü buraxacaq.
 
Qeyd edək ki, "Nottinhem Forest"ə məxsus oyunçu "Berton Albion"da icarə əsasında çıxış edir.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR