47 yaşlı qadın maşının altında qaldı

47 yaşlı qadın maşının altında qaldı
10:42 7 Noyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Qax rayonunda 47 yaşlı qadını avtomobil vurub. 

Milli.Az report-a istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında Qax şəhəri H.Əliyev prospektində baş verib.

Belə ki, 21 yaşlı Orxan Eyvaz oğlu Məmmədli idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən 1969-cu il təvəllüdlü Sədaqət Həzrət qızı Hacıyevanı vurub.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan S.Hacıyeva Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağır olaraq qalır.
Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/486972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR