Ağsuda xəstəxananın işıq problemi həll olundu

Ağsuda xəstəxananın işıq problemi həll olundu
10:43 7 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

“Ağsu rayon Mərkəzi Xəstəxanasına (RMX) elektrik enerji verilişi bərpa olunub”.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, xəstəxanada generatorlar işə salındığı üçün heç bir problem yaşanmayıb.

“İşıq kəsiləndən sonra xəstəxanada daxili generatorlar işə salınıb. Bu səbəbdən heç bir problem yaşanmayıb. Xəstəxana əvvəlki qaydada işini davam etdirb. Problemə səbəb bir binadan digər binaya keçid olub. Yeni bina böyük olduğu üçün orada elektrik enerjisinin qənaeti nəzərə alınmayıb və kəsinti olub. Bir az öncə xəstəxana ilə danışdım və orada artıq elektrik enerjisi bərpa olunub. Bundan sonra xəstəxanada borca görə elektrik enerjisinin kəsilməsi kimi problem olmayacaq”.

Qeyd edək ki, noyabrın 5-dən etibarən Ağsu rayon Mərkəzi Xəstəxanasında elektrik enerjisinin verilməsi dayandırılıb. Buna səbəb kimi xəstəxananın işıqpulu borcunun olması göstərilib.(azvision.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/175007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR