Azərbaycanın Pakistandan silah alması Ermənistanda ciddi
qorxulara səbəb olub.
Publika.az xəbər verir ki, erməni politoloq Stepan
Qriqoryan Azərbaycan və Pakistan arasında əməkdaşlığa məhdudiyyət
olmadığına diqqət çəkərək, bunun Ermənistan üçün dəhşətli
nəticələrə səbəb olacağını bildirib: “Pakistan NATO-nun və Avropa
Birliyinin üzvü deyil və ona heç kim mane ola bilməz. Pakistan
Ermənistanı dövlət kimi belə tanımır, Azərbaycanla isə qardaş
münasibətlərə sahibdir. Bu, bizim ən böyük bəlalarımızdan biridir.
Bu ölkə nüvə dövlətidir və çox güclüdür. Belə güclü dövlətlərlə sıx
əlaqələr Azərbaycana istənilən an Qarabağı qaytarmağa icazə
verir”.
Erməni politoloq İrəvan rejimini dişsiz siyasət aparmaqda ittiham
edib.
“Azərbaycan öz məqsədinə doğru qətiyyətlə irəliləyir, Ermənistan
isə öz ampulasındadır. Heç bir real addım, real cavab yoxdur. Bizim
verdiyimiz cavablar da çox gec olur”, - deyə o bildirib.
Qriqoryan deyib ki, Azərbaycan Qarabağı yaxın dövrlərdə qaytarmağa
hazırlaşır: “Güman ki, bu müharibə yolu ilə olacaq. Çünki
danışıqlar heç bir nəticə vermədi və Bakının atdığı addımlar
göstərir ki, onlar heç nə ilə barışmaq istəmirlər. Hətta böyük
güclərin nə deməsindən asılı olmayaraq, Azərbaycan öz istəyində
israrlıdır. Güman ki, Azərbaycan böyük müharibəyə hazırlaşır və bu,
onun qələbəsi ilə başa çatacaq. Çünki onlar hər şeyi
ölçüb-biçirlər. Bu günə qədər Ermənistanın əli çatmayan bir çox
ölkədən silahlar əldə ediblər, Pakistan da onlardan biridir. Sonra
Ermənistan hakimiyyəti bəhanə gətirməsin ki, bizim heç nədən
xəbərimiz yox idi”.
Asif