"Barselona" Subisarreta və Puyolu istefaya göndərdi

"Barselona" Subisarreta və Puyolu istefaya göndərdi
22:05 5 Yanvar 2015
189 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona” iki mütəxəssisi ilə yollarını ayırıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunlar Kataloniya təmsilçisinin idman direktoru Andoni Subisarreta və onun köməkçisi Karles Puyoldu.

Bu qərarı “Barsa”nın prezidenti Xosep Mariya Bartomeu verib. Daha əvvəl istefaya göndərilən Subisarretadan sonra sabiq kapitan özü müqaviləsini qarşılıqlı razılıq əsasında pozub.

Qeyd edək ki, 1986-1994-cü illərdə “Barselona”nın formasını geyinən Andoni Subisarreta 2010-cu ilin iyulundan idman direktoru vəzifəsində çalışıb. Puyol isə 2014-cü ildə Kataloniya klubunda futbolçu karyerasını başa vurduqdan Subisarretanın köməkçisi vəzifəsində işləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317411.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR