"Twitter"də problem yarandı - nazirlikdən açıqlana

"Twitter"də problem yarandı -  nazirlikdən açıqlana
11:16 7 Noyabr 2016
79 Şou
Ölkə mətbuatı
A- A+

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirir ki, bu gün səhər saatlarında Bakı vaxtı ilə, 10:07 radələrində "Twitter" mikrobloqlar şəbəkəsində qeydə alınan nasazlıq Azərbaycan seqmenti ilə əlaqəli deyil.

Axşam.az-ın məlumatına görə, sosial şəbəkədə yaranan nasazlıq qlobal xarakter daşıyıb və dünyanın bir çox ölkələrini əhatə edib. www.twitter.com saytında qeydə alınan texniki fasilə ilə bağlı ayrı-ayrı ölkələrin istifadəçiləri tərəfindən yaradılmış "hashtag"lar top trend olub.

"Twitter"in istifadəçiləri sosial şəbəkənin işində kəsinti olduğu haqda məlumatları paylaşmaqda davam edir. Məlumata görə, istifadəçilər mikrobloqlar xidmətinin heç bir səhifəsini aça bilmirlər.

Saat 10:15-dən etibarən xidmət yenidən normal fəaliyyətini bərpa edib. "Twitter" rəhbərliyi bu barədə hələ ki heç bir məlumat verməyib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60623

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR