“İnter”də ağır itki: 3 futbolçu cəzalı durumda

“İnter”də ağır itki: 3 futbolçu cəzalı durumda
11:37 7 Noyabr 2016
54 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının XI turu 5 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu oyunçulardan biri qırmızı, digərləri isə sarı vərəqə üzündən növbəti matçı buraxmalı olacaq.

"Kəpəz"in "Sumqayıt"la ev oyununda meydandan qovulan Kərim Diniyev "Qarabağ"la səfər matçında meydana çıxa bilməyəcək.
 
Sarı vərəqələrinin sayını 4-ə çatdıran futbolçuların hamısı paytaxt klublarının üzvləridi. "İnter"in 3, AZAL-ın 1 futbolçusu bu səbəbdən cəzalı durumdadı. Maraqlıdı ki, bu iki komanda növbəti turda bir-biri ilə üz-üzə gələcək.
 
Paytaxt derbisində Ağabala Ramazanov, Zurab Xizanişvili və Nizami Hacıyev "İnter"ə kömək edə bilməyəcək. Onlar "Neftçi" ilə səfər matçında xəbərdarlıqlarının sayını 4-ə çatdırıblar. AZAL isə "Qəbələ" ilə görüşdə Adan Koronadonu itirib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR