Bakıda kişi həyat yoldaşını bıçaqlayıb.
Milli.Az bildirir ki, hüquq-mühafizə orqanlarından report-a verilən məlumata görə, hadisə Səbail rayonu, İ.Ağayev küçəsi ev 3, mənzil 4-də baş verib.
Həmin ünvanda yaşayan 1956-cı il təvəllüdü Şöhlət Quliyev ailə münaqişəsi zəminində həyat yoldaşı, 1963-cü il təvəllüdü Fəridə Mürsəlovanı kürək nahiyəsindən bıçaqlayıb.
F.Mürsəlova xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az