1921-ci ildə türk məşhur Üzeyir bəylə bağlı nələr yazıbmış? – SİRLƏR

1921-ci ildə türk məşhur Üzeyir bəylə bağlı nələr yazıbmış? – SİRLƏR
12:38 7 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Yazıçılar Birliyinin (AYB) orqanı olan “Qobustan” jurnalının yeni nömrəsi çapdan çıxıb.

Baş redaktor Vaqif Əlixanlı Publika.az-a açıqlamasında jurnalda yer alan yazılar barədə məlumat verib.

Jurnalın bu nömrəsi AYB sədri Anarın memar Rasim Əliyevin 80 illiyinə həsr olunmuş yazı ilə başlanır. Eyni zamanda Zemfira Səfərovanın Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabından parçalarla davam edir. Həmin kitabda yer alan yazı Rəşad Nuri Güntəkinin 1921-ci ildə Ü.Hacıbəyli haqqında yazdığı yazı jurnalın oxucuları tərəfindən maraqla qarşılanıb.

Jurnalda həmçinin Nobel mükafatçısı Kamyunun “Ağıl kəsməyən” adlı tərcümə əsəri yer alıb. Tərcümə Vaqif Əlixanlıya məxsusdur.

Peşəkar televizionçu Elçin Əlibəylinin “Medialaşmış insan və kütləvi mədəniyyət” adlı məqaləsi də izləyicilər tərəfindən maraqla qarşılanıb.

Jurnalda digər maraqlı yazılar da yer alıb, alıb oxumağınız məsləhətdir.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/175024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR