Avtomobilin kabinəsində psixotrop maddə aşkar edilib

Avtomobilin kabinəsində psixotrop maddə aşkar edilib
12:39 7 Noyabr 2016
68 Digər
Ölkə mətbuatı
A- A+

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşının idarə etdiyi yük avtomobilinin yoxlanması zamanı avtomobilin kabinəsində üzərində “XANAX 0,5 mg ALPRAZOLAM ” sözləri yazılmış 100 konvalyut dərman preparatı aşkar edilib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, faktla bağlı araşdırma aparılır.

 

Xatırladaq ki, alprazolam adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in III Siyahısına daxildir. Aşkar edilən 100 konvalyutda ümumi sayı 1000 ədəd olan həbdə alprazolamın təsiredici maddəsinin ümumi miqdarı 0,5 qram təşkil edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258774

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR