İki komandanı birləşdirən yubiley

İki komandanı birləşdirən yubiley
12:47 7 Noyabr 2016
53 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XI turunun “Kəpəz” - “Sumqayıt” oyununda qeydə alınan 0:0 hesablı heç-heçə hər iki komanda üçün yubiley xarakteri daşıyıb. 


Fanat.Az xəbər verir ki, qonaqlar ölkə çempionatlarında 50-ci dəfə meydanı 1 xalla tərk edib. Sumqayıtın eyniadlı təmsilçisi buna 179-cu matçında imza atıb. “Gənclik şəhəri” təmsilçisi Azərbaycan çempionatlarında 50 və daha çox heç-heçəsi olan 12-ci komanda olub.


“Kəpəz” isə ev oyunlarında 40-cı dəfə 1 xal qazanıb. Qərblilər bunu doğma meydandakı 257-ci qarşılaşmada rəsmiləşdirib. Gəncəlilər öz meydanında ən çox heç-heçə edən komandalar arasında 13-cüdü.(pfl.az)


Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR