Sarkisyan Ukraynadan qovuldu

Sarkisyan Ukraynadan qovuldu
12:52 7 Noyabr 2016
104 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Dövlət Sərhəd Xidməti Rusiyanın məşhur müğənnisi Kristina Sarkisyanın ölkəyə daxil olmasına icazə verməyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, buna səbəb 25 yaşlı ifaçının Ukraynanın yerli qanunlarını pozaraq işğal olunmuş ərazilərə səfər etməsi olub.
 
İnsident bu gün səhər saatlarında Borispol hava limanında yaşanıb. Minskə uçmalı olan sənətçi pasport yoxlanış məntəqəsinə yaxınlaşanda xanım Sarkisyanın Ukrayna qanunlarını pozduğu ortaya çıxıb.
 
Kristinaya Ukrayna cinayət məcəlləsinin 204-cü maddəsinin ikinci bəndi üzrə protokol tərtib olunub. O, 3 il ərzində Ukrayna ərazisinə daxil ola bilməz. Kristina məhkəmədə iştirakdan və Ukrayna səfərindən rəsmi imtina etməsi haqda ərizə yazıb, indi isə ən qısa zamanda geri dönməyə hazırlaşır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR