Azərbaycan yığmasından biabırçı məğlubiyyətlər

Azərbaycan yığmasından biabırçı məğlubiyyətlər
13:05 7 Noyabr 2016
79 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Tələbələr Basketbol Liqasının yeni mövsümünə start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycanı yarışda 18 yaşadək yığmamız təmsil edib.

C divizionunda, "cırtdan ölkələr" arasında "hegemonluq" edən komandamız Gürcüstanın paytaxtı Tiflisdən boynubükük qayıdıb. Heyətinin əsasını milliləşdirilmiş oyunçular və U-20 komandamızın üzvləri təşkil edən yığma keçirdiyi hər 3 matçı biabırçı hesabla uduzub.
 
Belə ki, A qrupunda yer alan təmsilçimiz ilk oyununu Moskva Dövlət Bədən Tərbiyəsi Akademiyasının komandasına qarşı keçirib. Rusiyalılar basketbolçularımıza nə az, nə çox 58 top fərqi ilə qalib gəliblər - 84:26. Hətta elə hissə olub ki, millimiz cəmi 3 ya 6 xal toplayıb (20:6; 24:7; 13:10; 27:3).
 
Ardınca yığmamız Gürcüstan Texniki Universitetinin komandası ilə qarşılaşıb. Rəqib bu dəfə də təmsilçimizə basketbolun necə oynamasını başa salıb. Gürcülər görüşü 77:44 (18:15; 18:5; 18:5; 23:8) hesabı ilə xeyirlərinə bitiriblər.
 
Yığmamız sonuncu matçında şimal qonşularımızın digər təmsilçisi - Ural Federal Universiteti ilə üz-üzə gəlib. Bu görüş də basketbolçularımız üçün uğursuz alınıb. Basketbolçularımız 51:82 (11:20; 12:23; 17:14; 11:25) hesabı ilə uduzublar.
 
Beləliklə, 3 oyunun 3-də də məğlub olan, ən yaxşı halda rəqibindən 31 top geri qalan komandamız yarışla vidalaşıb.
 
Azərbaycan Basketbol Federasiyası əsas yığmamızın demək olar ki, fəaliyyətini "dondurub" əsas diqqəti U-16, U-18 və U-20 komandalarına yönəltsə də, onlar heç də uğurlu gələcək vəd etmirlər. Tiflisdən biabırçı nəticə ilə dönəcəyini gözləyən qurum isə nəinki nəticələri, heç yarışa yollanmağı belə rəsmi saytlarına yerləşdirməyib.  

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR