Xəzər rayonu Şimal DRES qəsəbəsindəki 230 saylı orta məktəbin direktoru Elşən Qafarov direktor müavini Ləman Babayevanın onları şantaj, təhqir etməsinə, həmçinin qardaşının müəllimləri bıçaqla hədələməsinə aydınlıq gətirib.
Direktor Elşən Qafarovun Publika.az-a verdiyi açıqlamada işdən çıxmaq üçün ərizə yazdığını təsdiqləyib: “Bu məsələ başlayan gündən təlimata uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ayrı-ayrı sektorlarına lazımı məlumatlar verilib. Ümumiyyətlə, mətbuatda yayılmış məlumatla bağlı təlimata uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin şifahi və ya yazılı razılığı olmadan ictimaiyyətə məlumat verə bilmərəm”.
Direktorun işdən çıxma səbəbi ilə bağlı suala cavab vermək istəməyib.
Qeyd edək ki, Xəzər rayonu Şimal DRES qəsəbəsindəki 230 saylı
orta məktəbin kollektivi direktor müavini Ləman Babayevanın onları
şantaj, təhqir etməsi, habelə onun qardaşının müəllimləri bıçaqla
hədələməsi ilə bağlı məlumat yayıb. İddiaya görə, bütün bunlar
Rusiya Federasiyasından bu ilin yay aylarında məktəbin ünvanına
göndərilən bir məktubdan sonra başlayıb. Məktubda göstərilirdi ki,
Ləman Babayeva əslən ermənidir, ailəsi və özü fırıldaq işlərlə
məşğuldur.
Məktəbdəki problemlərdən sonra polisə şikayət edən L.Babayeva
direktorla bəzi müəllimələrin guya əxlaqsızlıqla məşğul
olduqlarını, hətta direktor tərəfindən ona qarşı zorlanma olduğunu
yazıb.
Gülxar