"Ermənistanda aparılan Konstitusiya islahatlarına qadınların daha aktiv cəlb olunması önəmli məsələdir. İslahat və dəyişikliklərin effektiv alınması üçün qadınlara ehtiyacımız var. 2015-ci ilin dekabrın 6-da keçirilmiş referendum başa çatmayıb - əksinə, çox mühüm prosesin ilkin mərhələsidir. Hazırdla ölkədə ciddi islahatlar aparılır".
Ermənistan prezidenti, iqtidardakı Ermənistan Respublika Partiyasının (ERP) sədri Serj Sarkisyan "Ermənistan-25: sülh və qadınlar" adı konfransda çıxışında belə deyib.
ERP Qadınlar Şurasının təşkil etdiyi konfrans Ermənistanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuşdu.
S.Sarkisyanın dediyinə görə, yaxın iki-üç il ölkə üçün həddən ziyadə önəmli olacaq.
"Daha uzunmüddətli perspektivdə ideyalarınız və baxışlarınızla tanış olmaq istərdim. Ölkəmizin 2020, hətta 2040-cı ilədək necə olacağnı düşünməliyik. Həmin ideyaları reallığa çevirmək üçün xüsusi hazırlanmış, dəqiq məqsədlərə və proqramlara ehtiyacımız var", - S.Sarkisyan söyləyib.
Onun sözlərinə görə, yaxın iki-üç il Ermənistan üçün dönüş illəri olacaq.
Fəqət, necə?
İndi Ermənistanda baş verənlər birmənaldı olaraq islahatlar və ya "konstitusion dəyişikliklər" yox, Sarkisyan iqtidarının seçkiqabağı sosial effekt əldə etmək üçün atdığı addımlardır.
İrəvandakı iqtidarı da insanların bu qərarlara inanıb-inanmadıqları, "dəyişikliklər"in uzunmüddətli olub-olmayacağı əsla maraqlandırmır. Ona görə də başlıca problem əsla islahat sayıla bilməyəcək reallıqlardadır.
Sarkisyan hakimiyyəti pik nöqtəsinə çatan xalq narazılıqlarının kütləvi etiraz aksiyalarına dönməsinə yol verməmək üçün təbii qaz və elektroenerji tariflərini aşağı salıb.
İlk baxışdan pis qərar deyil, amma populizmdir.
Necə ki, İrəvan küçələrində maşınların park ediləcəyi yerləri müəyyənləşdirən qırmızı punktirlərdən kənarda avtomobil saxlamağa görə, sürət həddini keçməyə görə və s.-dən əldə edilən cərimələrin hamısının dövlət büdcəsinə yönəldilməsi qərarı kimi.
Bu da populizmdir və yaşananlar islahatlar yox, islahatların görüntüləridir.
Prezident Serj Sarkisyan və onun təyin etdiyi baş nazir Karen Karapetyan uçuruma yuvarlanan ölkə iqtisadiyyatındakı fəlakətli böhranın inkişaf sürətini zəiflətməyə çalışırlar.
Ona görə də "islahat"lar, əslində, sürətdir, basılmış sürət pedalıdır və bütün bunları da İrəvan iqtidarı "dönüş" kimi qələmə verir.
İslahatların gerçək olması üçün Ermənistan dönməlidir, döndərilmədidir, indi yürütdüyü absurd, təhlükli və axmaq siyasətdən əl çəkməlidir, işğala son qoymalıdır. Belə dönüş yoxdursa, hansısa islahatlardan danışmağa da dəyməz.
Hakimiyyətdəki adamların, oliqarxların, məmurların haram pullarının cüzi, mikroskopik, çox kiçik qisminin büdcəyə yönəltməsiylə görüntü yaratmaq, əslində, Sarkisyanın öz iqtidarını qorumaq cəhdi, devrilməkdən və qiyamla qovulmaqdan hifz olunmaq cəhdidir.
Gerçək islahatlar qanunvericiliklə yanaşı, hakimiyyət strukturlarındakı sistem dəyişiklikləri, habelə idarəetmə sisteminin fəlsəfəsinə yenidən baxılmasını nəzərdə tutur.
Ermənistandakı diktatura isə müstəbid xislətli olmdığını göstərmək, uçuruma yuvarlanmaqdan qurtulmaq üçün yeni görüntü şousuna başlayıb.
İstək, məqsəd və proqram olmadan, sadəcə təbliğat və yalanlar hesabına hakimiyyətdə qalmaq niyyətini reallaşdırmağa can atan Serj Sarkisyanın uğursuzluğa düçar olacağını anlayır.
Amma onun başqa çıxış yolu olmadığından İrəvan iqtidarı yeni yalanları tirajlamaqla məşğuldur.
Orxan Hun
Milli.Az