Turizm sahəsində fəaliyyətə başlayanlar üçün MÜJDƏ - Güzəştlər gözlənilir

Turizm sahəsində fəaliyyətə başlayanlar üçün MÜJDƏ - Güzəştlər gözlənilir
13:12 7 Noyabr 2016
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda turizm sahibkarlığının inkişafına dövlət himayəsinin daha da gücləndirilməsi və stimullaşdırılması nəzərdə tutulur.

Milli.Az bildirir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, yeni hazırlanan "Turizm haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihədə turizm sahəsində ilkin fəaliyyətə başlayan şəxslər üçün qanunla müəyyən edilmiş güzəştlərin tətbiqi təklif edilir.

Layihəyə görə, turizm sahəsində ilkin fəaliyyətə başlayan şəxslərin fəaliyyətinin maliyyələşdirilməsi zamanı, habelə sənədləşmə zamanı sadələşdirilmiş icraat qaydalarının tətbiqi planlaşdırılır.

Layihədə qeyd edilir ki, dövlət turizm fəaliyyətini gömrük, investisiya, viza rejimi, vergi, rüsum və digər məcburi ödənişlərə güzəşt və imtiyazlar vasitəsi ilə stimullaşdırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR