"Məni atasız qoydu" - Məleykə Əsədova

"Məni atasız qoydu" -  Məleykə Əsədova
13:16 7 Noyabr 2016
355 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-də yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olan xalq artisti Məleykə Əsədova atasının qadağalarından söz açıb. 

Axşam.az-ın məlumatına görə, aktrisa atasının çox ağır xasiyyəti olduğunu söyləyib.

O bildirib ki, uşaq vaxtı atasının qadağaları da çox olub:

"Bacılarımdan heç birinə Bakıda oxumağa icazə verməmişdi. Mən dedim ki, Bakıya gedib oxuyacam, özü də incəsənət sahəsində. Atam dedi ki, sənə universitətdə oxumağa icazə verərəm, amma incəsənətdə yox. Evdə çox ərköyün uşaq olmuşam. Ağladım, özümü öldürdüm sonda razılıq əldə etdim. Gördüm atam incidi. Ona dedim ki, əgər incəsənətə daxil ola bilməsəm, hüquqa verəcəm. 16 yaşımda incəsənət univeristetinə daxil oldum".

M.Əsədova atasının ölümündən danışarkən göz yaşlarını saxlaya bilməyib:

"Atamın heç vaxt ürəyi ağrımamışdı. İkinci kursda oxuyurdum, universitetə teleqram gəldi ki, səni rayondan gözləyirlər. Atamda elə xarakter var idi ki, anamdan da gizli mənə pul verirdi, uşaqların yanında başıaşağı olma deyərdi. O, qardaşsızlığımı hiss etdirməməyə çalışdığı vaxtda, məni atasız qoydu. Atam 50 yaşında bağda ad günü vaxtı dünyasını dəyişdi".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60637

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR